Maqazin

“Şəbnəm sözünü demiş müğənnidir” – Manaf Ağayev

Müğənni Manaf Ağayev 5/5 verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, həmkarlarından bəhs edən ifaçı müğənni Şəbnəm Tovuzluya təriflər yağdırıb.

Aparıcı Zaur Kamalın “Şəbnəm, yoxsa Damla populyardır” sualına isə cavabı belə olub: “İkisi də populyardır, hərəsinin öz yeri var. Ağırlıq qaldırsalar, Şəbnəm güclüdür. Məni söz-söhbətə salma. Şəbnəm sözünü demiş müğənnidir. Böyük-kiçik yeri bilir. İlk dəfə mənim yanıma gəldi, ifa etdi, bəyəndim. Həmişə böyüklərə hörmətlə yanaşıb. Çörəyi var, bundan sonra da olacaq”.