Gündəm

Şəhid mayorun nəşi Qaxa gətirildi – Fotolar

Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

Dergi.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, şəhid mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq, doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.

Şəhidimiz saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.