Samirə həyat yoldaşından boşandı – ÖZƏL

Müğənni Samirə Allahverdiyeva həyat yoldaşından ayrılıb. 

Dərgi.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, dəfələrlə boşanma həddinə gələn cütlük sonunda boşanıb. İddialara görə, cütlüyün ayrılma səbəbi müğənninin həyat yoldaşının bütün pulları “batırmasıdır”.

O, biznesdə uğursuzluğa düçar olub. Bütün pullarını, hətta Samirənin qazandıqlarını xərcləyib. Buna görə ailədə ciddi narazılıqlar, münaqişələr yaranıb. Dəfələrlə mübahisə edən, bir müddət ayrı yaşayan cütlük sonda boşanıblar.

Qeyd edək ki, cütlüyü iki övladı var.

Dərgi.az