Samir niyə Aygünə söz atdı? – “Diva sən olacaqsan”

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli İnstaqram hesabında fotosunu yayımlayıb.

Dərgi.az-ın məlumatına görə, maraqlı məqam müğənni Samir Bağırovun ifaçının paylaşımına yazdığı şərh olub.  Belə ki, S.Bağırov Səmranın fotosuna “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” sözlərini qeyd edib.

S.Rəhimli isə ona “Bunu sizdən eşitmək xoşdur. Bu, mənim üçün böyük şərəfdir, sizi sevirəm” cavabını verib.

Sənətçinin şərhindəki “Diva” sözü müzakirələrə səbəb olub. Belə ki, ilk olaraq ağıla “Diva” titulunu daşıyan Xalq artisti Aygün Kazımova gəlib. İllərdir Kazımova ilə dostluq edən Samirin nə üçün belə söz söylədiyi sual doğurub.

Bir çoxları, Bağırovun bu kəlməsinin Kazımovanın xoşuna gəlməyəcəyini qeyd edib. Bəziləri isə Samirin Aygünlə küsülü olduğu üçün ona söz atdığını bildirib.