Maqazin

Serenay Sarıkaya iddialara cavab verdi

Aktrisa Serenay Sarıkaya keçmiş sevgilisi Çağatay Ulusoyla yenidən barışdığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Dergi.az-ın məlumatına görə, Aktrisa bu xəbərlərin tamamilə “maqazin uydurması” olduğunu bildirib: “Əvvəllər də buna bənzər xəbərlər yayılırdı. Elə bir şey yoxdur. Bunlar hamısı maqazinin uydurmasıdı”. Aktrisa ona verilən “Çağatay cəhd etsə, barışardınızmı” sualına cavab verməkdən yayınıb.

Qeyd edək ki, Çağatay Ulusoy və Serenay Sarıkaya 2015-ci ildə sevgili olublar.