Mədəniyyət

“Sevilya bərbəri” nümayiş olunacaq

Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin  “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.

Dərgi.az  xəbər verir ki, tamaşada Rozina obrazını Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva canlandıracaq.
Tamaşa haqqında danışan F.Hacıyeva bildirib ki, tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikovu dəvət  edilib.

Onun sözlərinə görə, rusiyalı vokalçı ilə yanaşı tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri Əli Əsgərov (Don Bazilio),  Əkrəm Poladov (doktor Bartolo), əməkdar artistlər  Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin  solistlər Nina Makarova (Berta)  və Firus Məmmədov (zabot) çıxış  edəcəklər.  Tamaşanı  əməkdar artist, dirijorların  beynəlxalq müsabiqələrinin və “Humay” Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.