SOS: Fotoqraflar aylıq vergi verəcəklər

Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir.\r\n\r\nFotoqraflar.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmaq hüququna malikdir.\r\n\r\nOnun sözlərinə görə, bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər.\r\n\r\nBundan başqa, fərdi foto, audio-video xidmətləri ( foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcək.\r\n\r\nSadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan çəkməçi, pinəçilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 5 manat ödəyəcək.\r\n\r\nSaat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə qocalara və uşaqlara qulluq xidməti, dayə fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcək.\r\n\r\nNaqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 20 manat ödəyəcək.\r\n\r\nBütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.\r\n\r\nSənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.