Maqazin

Şou əhlinə güzgü oldular: Dilarənin İlhamə Quliyeva sevdası, “Çatlaq” ilə “Yaltaq”ın oyunu…– FOTOLAR

Dergi.az  xəbər verir ki, Heydər Əliyev Sarayı və ARB TV-nin birgə təşkilatçılığı ilə baş tutan musiqili-əyləncəli proqram rəqqasların rəqsləri və atəş-fəşanlıq ilə başlayıb. Daha sonra səhnəyə əməkdar artist Dilarə Əliyeva çıxıb. O qızı Dəri Zöhrəvini kral Dermantinin oğlu Allergiyaya ərə vermək istəyən kraliça obrazını canlandırıb. Onun danışıq tərzi mərhum xalq artisti İlhamə Quliyevanı xatırladıb. Çünki tez-tez onun sözlərindən istifadə edib.

Dilarənin köməkçiləri “Çatlaq”, “Yaltaq”, “Şıltaq” obrazları isə xüsusilə diqqət çəkib.  “Çatlaq” ilə “Yaltaq” çıxışları zamanı 18+ sözlərdən istifadə edərək qonaqları güldürməyə çalışıblar.

Səhnəciyin ikinci hissəsində xına mərasimi təsvir edilib və toy adət-ənənələri pislənib.

Daha sonra əməkdar artist bildirib ki, təqdim olunan səhnəcik qeyri-səmimi, yalançı, təkəbbürlü şou əhlinə ithaf olunub.

İkinci hissədə D. Əliyeva səhnəni müğənnilər Elza Seyidcahan, Vasif Məhərrəmli, Xatun, aktyorlar İslam Mehrəliyev, Ülvi Həsənli, Həsrət Həsrətov, Elcan Rəsulov və başqaları ilə bölüşüb.

Attachment

Xatun parodiyalarına görə ona düşmən olan müğənnilərdən, Vasif məşhurların boş pul qabasından, Elza isə şeirlərindən danışıb.

Elcan Rəsulovun çıxışı zamanı isə meyxana adı ilə musiqili meyxanaların insanlara təqdim olunduğu təsvir olunub.

Bundan başqa Dilarə Əliyevanın və digər məşhurların hər çıxışında şou əhlinə mesajlar göndərilib.