“Space” TV-də böhran – Kanalın arxiv işçisi aparıcı kimi efirə çıxdı (Foto)

“Space” televiziyasında axırıncı dəfə iyulun maaşı verilib. 

Dərgi.Az xəbər verir ki, bu haqda kanalın keçmiş əməkdaşı jurnalist Famil Fərhadoğlu məlumat verib. Məlumata görə, işçilər əmək haqlarını tələb edirlər.  Amma maaşını istəyən işsiz qalmalı olur. Belə ki, operatorlardan biri maaşını istədiyinə görə işdən çıxarılıb.

Radio işçilərindən biri – Ramil Nəcəfli isə yazıb ki, maydan maaş verilmir. Rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir.

İşçilər yaranmış vəziyyətdən bezdiklərini, problem həll olunmasa, tezliklə işdənçıxmanın qaçılmaz olduğunu vurğulayıblar.  Hətta maaşını ala bilməyən teleaparıcılar efirə çıxmaqdan imtina ediblər. Buna görə də, efirə kanalın arxiv işçisi Sevinc Mehbalıyeva çıxıb. 

Dərgi.Az