Dünya

“Tatlısəs məni otelə çağırıb, yatağa itələdi” – Türkiyəli müğənni-VİDEO

Türkiyənin məşhur aktrisa-müğənnisi Dəniz Akbulut illər sonra hər kəsi təəccübləndirən etiraf edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya proqramlarının birində qonaq olan D. Akbulut keçmiş tərəf-müqabili İbrahim Tatlısəsdən danışıb. O, Tatlısəsə aşiq olduğunu, lakin müğənniyə bunu etiraf etmədiyini dilə gətirib:

“Bursada qastrol səfərində olarkən Tatlısəs məni otel otağına çağırdı. Məni bəyəndiyini deyərək, yatağa itələdi. Həmin vaxt həyəcanlandım, gənc idim, özümü onun qollarına buraxa bilərdim. Amma bəhanə uydurub, otaqdan çıxdım və ondan sonra İbrahim bəy Bursadan çıxıb getdi. Həmin vaxt başqa bir nəfər məni sevirdi, Tatlısəsə qarşılıq versəydim, müğənnini öldürə bilərdilər”.

Akbulutun açıqlaması müzakirələrə səbəb olub və qardaş ölkə mediasında gündəmə çevrilib.