Tatlısəsi azərbaycanlı həkim sağaltdı

Dergi.az xəbər verir ki, bu barədə Tatlısəs özü sosial şəbəkədə yazıb:

“Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar verdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.

Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalmışdı. Başından güllə yarası alan müğənni iflic olmuş və nitqində problemlər yaranmışdı.