Toyda azərbaycanlı müğənninin ürəyi gedib – Ağır xəstəlik aşkarlanıb

“Toyda qız özündən gedibmiş. Üzünə deyiblər ki, sən xəstəsən. Qız dəli olub”.

Milli.Az xəbər verir ki, bunu Zaur Kamal proqramında qonaq olan Yeganə Mürsəlova barədə danışarkən deyib.

Yeganə qorxunc xəstəliyin cəngindən xilas olduğunu deyib:

“Həmişə yuxudan qalxanda deyirəm ki, Rəbbim insanlara xəstəlik verəndə sağalan dərd versin. Allahın verdiyi dərd idi, şükür ki, qurtuldum. Mənə hələ 40 il ölüm yoxdur”.

“Sən ac qalırsan, yemək yemirsən? Niyə mədəndə o problem olmuşdu?”, – sualı ilə Zaur müğənnidən səhhətində yaranan nasazlığa daha aydın açıqlama verməsini istəyib. Yeganə aparıcının sualına “Yox, mədədə o problem aclıqdan deyil ki! Mən əslində çox yeyənəm. Həm çox yeyirəm, həm də mən ən xeyirli şeyləri yeyən inasanam” cavabını verib.

Qeyd edək ki, müğənni mədəsində təcili İstanbulda adını açıqlamadığı xəstəlikdən əməliyyat keçirib.