Dünya

Üç ildir fiziki əngəlli sinif yoldaşını belində məktəbə aparır – Foto

Üç ildir fiziki əngəlli sinif yoldaşını belində məktəbə aparır.

Moderator.az xəbər verir ki, Çində 19 yaşında Zhanq Chinin bədənində sümük zəifləməsi olduğu üçün yeriyə bilmir. Onun sinif yoldaşı Xie Xu isə üç ildir Chini belində məktəbə aparıb gətirir. İlin ən azı 200 günü hər gün iki dəfə sinif yoldaşını belində aparıb-gətirən Xie bu davranışı ilə sinif yoldaşlarına da nümunə olub. Onun sayəsində Chin heç bir problem olmadan məktəbdə təhsilini davam etdirir.

Bununla yanaşı hər ikisi sinifin ən çalışqan şagirdləridir. Çində fiziki əngəlli olduqları üçün məktəbə gedə bilməyən 243 min uşaq var. Chin isə bu uşaqlardan fərqli olaraq dostu Xienin sayəsində təhsilini davam etdirir.