Üç ölkədə toy edəcəklər

Türk əsilli alman futbolçu Məsut Özil və aktrisa sevgilisi Amine Gülşe bu yaxınlarda ailə quracaq.

Dergi.az  “Qafqazinfo” ya istinadən xəbər verir ki, ötən il nişanlanan cütlük Məsutun doğulduğu Almaniya, Aminenin doğulduğu İsveç və qohumlarının yaşadığı Türkiyədə 3 ayrı toy mərasimi təşkil edəcək.

Mərasimlərin ümumilikdə 1 milyon lirəyə (təxminən 310 min manat) başa gələcəyi bildirilir.

Qeyd edək ki, ailə qurduqdan sonra Amine aktrisalığa davam edəcək. Lakin, çəkiləcəyi filmlərdə öpüşmə səhnələrində yer almayacaq və ssenarini Məsuta göstərəcək.