Təhsil

“Ümumi təhsil haqqında” qanun qəbul edildi

Milli Məclisin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bizimyol.info xəbər verir ki, deputat Aliyə Naxçıvanlı xarici vətəndaşların Azərbaycanda təhsil müəssisəsinin direktoru olmasının əleyhinə çıxış edib.

Onun sözlərinə görə, ölkəyə xarici təsirlər daha çox təhsil müəssisələri vasitəsi ilə həyata keçirilir. “Ona görə də təklif edərdim ki, təhsil müəssisəsinin təsisçisi xarici ölkə vətəndaşı olsa da, məktəb direktoru, tədrisə cavabdeh şəxs Azərbaycan vətəndaşı olmalıdır. Azərbaycanda xarici ölkə vətəndaşının məktəb direktorunun və müavinin xarici ölkə vəətndaşının olmasına nə ehtiyac var”- komitə sədri deyib.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.