Ölkə

“Videoda Elinanı danışdıran Səbail rayonu icra başçısının müavinidir” – Röyadan iddia

Əməkdar artist Röya Ayxan da 162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina ilə bağlı paylaşım edib.

Dergi.az xəbər verir ki, Röya Elinanın son video görüntüsünü paylaşıb və onu sorğu-sual edən şəxsin Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğunu iddia edib:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir – Səbail rayonu icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya aparmaq əvəzinə, şəraiti soruşursunuz. Mən də belə böyüdüm. Beşinci sinifdə məktəb direktorunun ayaqabbısını geyinib, dərsə getdim. Çox şükür ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükürlər olsun ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz məcbur edirsiniz”.