Dünya

Xərc olmasın deyə toy eləmədi – Gəlinliyinin qiyməti dodaq uçuqlatdı

Bir müddət əvvəl gizli toy edib 28 yaşlı sevgilisi Liam Hemsvortla nikah masasına oturan müğənni Mayli Sayrusun gəlibliyinə verdiyi pul təəccübləndirdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, çox xərci çıxmasın deyə bağ evində kiçik məclis təşkil edib Liamla ailə quran Mayli gəlinliyinə 9 min dollar (təxminən 15 min AZN) xərcləyib.

Onun süd rəngli sadə ipək  gəlinliyi “Vivienne Westwood” imzalı olub.

Qeyd edək ki, 10 illik münasibətlərini rəsmiləşdirən cütlüyün bu yaxında Malibudakı villası yanğınlar zamanı tamamilə yanaraq külə dönmüşdü. Bu səbəbdən ziyana düşən Sayrus toyunu bağ evində yalnız yaxın dostlarının əhatəsində qeyd edib.