Xatirənin fotoşoplu şəkli hamını heyrətləndirdi – Fotolar

Müğənni Xatirə İslamın sosial şəbəkədə yayılan fotoşoplu şəkli müzakirələrə səbəb olub. 

Dərgi.az xəbər verir ki, fotonu ifaçının özü yox, onun reklam etdiyi gözəllik salonlarından biri yayımlayıb. Onlar mərkəzlərinə gələn Xatirənin şəklini həddindən çox fotoşop ediblər və onu arıq göstərməyə çalışıblar.

Müğənni özü isə eyni geyimdə olan şəkillərini heç bir müdaxilə etmədən səhifəsində yayımlayıb. Beləcə, onun real görünüşünün necə olduğu ortaya çıxıb.

Dərgi.az