Maqazin

Xatundan Rəqsanəyə barışıq addımı -Video

Ötən gün müğənni Xatun Əliyeva küsülü olduğu həmkarı, Rəqsanə İsmayılovaya barışıq addımı atıb.

Dərgi.az xəbər verir ki, məclislərin birində sənətçinin qızı Aysunla üz-üzə gələn Xatun, onunla görüşüb, daha sonra isə “Rəqsanəyə salam” ifadəsini işlədib.

Aysun isə onun bu addımından sonra Xatunu qucaqlayıb.

Qeyd edək ki, ifaçılar arasında qalmaqal Rəqsanənin Xatunu Moskva toylarına getməsinin qarşısını alması ilə başlamışdı.