Yeni Nokia modeli haqqında məlumatlar sızdırıldı

Çoxdan gözlənilən məlumat axır ki, mediayaya sızdırıldı. Belə ki, MWC 2017-də tanıdılacaq olan Android əməliyyat sisteminə sahib olacaq Nokia telefonunun texniki xüsusiyyətləri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi.\r\n\r\nÇoxdandır mobil telefon bazarından uzaq düşən “Nokia” yeni təqdim edəcəyi telefonu ilə istifadəçilərin və Nokia sevərlərin diqqətini cəlb edib. İlk əvvəl cihazın texniki xüsusiyyətlərinə keçmədən əvvəl qeyd edək ki, “Nokia”, VR cihazlara üstünlük verəcək. Hətta telefon VR cihazla uyğunluq təşkil edəcək.\r\n\r\nMediaya sızdırılan məlumatlara görə yeni Android Nokia modeli Snapdragon 820 prosessoru, 5.2 inç və ya 5.5 inç 2K keyfiyyətli ekrana və kamera bölümündə Carl Zeiss optikasına sahib olacaq.\r\n\r\nQeyd edək ki, əvvəlki məlumatlarda Snapdragon 835 prosessoru istifadə olunacağı bildirilmişdi.\r\n\r\nAmma yeni məlumat daha aşağı səviyyəli prosessor istifadə olunacağı haqda fikir formalaşdırır.\r\n\r\nTelefonun RAM-nın 3GB və ya 4GB olması gözlənilir. IP67 sertifikatı daşıyacaq olan Nokia modelinin suya və ya toza davamlı olacağı bildirilir. Bundan əlavə cihaz metal örtüyə sahib olacaq.\r\n\r\nQeyd edək ki, əks olunan məlumatlar qeyri-rəsmi xarakter daşıyır. Gələn il MWC 2017-də tanıdılacaq telefonun hansı xüsusiyyətlərə sahib olması maraqla gözlənilir.\r\n\r\nMənbə: Technote.Az

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.