Yıldız Tilbenin təşkilatçısından azərbaycanlı şirkətə qarşı fırıldaq

Oktyabın 13-ü Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış etməyə hazırlaşan Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenın bilet qiymətində endirim edilib.

Dərgi.az xəbər verir ki, biletlərin çoxu satılmadığı üçün biletlər 50 faiz ucuzlaşdırılıb. 50—500 manat  civarında olan qiymətlərin ucuzlaşdırıldığı barədə onlayn satış saytı iticket.az-da da məlumat verilib.
Bundan əlavə, Yıldız Tilbnin təşkilatçılarının Azərbaycan PR şirkətini aldadıb, iş gördürüb, pulunu ödəmədiyi də məlum olub.

Artıq konsertin təxirə salınacağı barədə xəbərlər də yayılıb. Tilbenin  salon dolmasa, Bakıya gəlməyəcəyini açıqladığı iddia olunub.