Zamiq bu dəfə nişanlısı ilə görüntüləndi – Video+Fotolar

Müğənni Zamiq Hüseynov ötən gün telefonların obyektivinə nişanlısı Aydanla birlikdə tuş gəlib.

Dergi.az-ın məlumatına görə, cütlük birlikdə ifaçının yaxın dostu olan həkim Cahid Şahbazovun ad gününə qatılıblar. Gecə klublarından birində baş tutan məclisdə şou-biznes nümayəndələrinin bir çoxu iştirak ediblər.

Zamiq gecədə səhnəyə çıxıb mahnı səsləndirən zaman nişanlısı da rəqs edib.

Qeyd edək ki, bir müddət əvvəl Zamiqin Aydandan ayrıldığı xəbəri yayılmışdı. Bununla yanaşı onların gizli evləndiyi də deyilirdi.

Aydan uzun illər Rusiyada yaşayıb. İki ildir Bakıya köçüb. O, dostlarının vasitəsiylə Zamiqlə tanış olub.

Xatırladaq ki, bu Zamiq ilk dəfə Nigar adlı xanımla ailəli olub.