Zaurdan Elnarəyə irad: “Olmaz ki, bir az sakit olasan?” SDafdsvdv

Ötən gün Xəzər TV-də yayımlanan “5/5” verilişinin qonaqlardan biri əməkdar artist Elnarə Abdullayeva olub.

Dərgi.az xəbər verir ki, Elnarə proqrama girər-girməz aparıcı Zaur Kamal ona iradını bildirib.

Onun “Özünüzü işgüzar xanım kimi aparırsınız. Bütün günü efirdə asaram, kəsərəm deyirsiniz. Olmazmı ki, bir az nazik, sakit olasınız?” sualına xanəndə belə cavab verib:

“Orbitimdən çıxarırsan da. Aman verirsən ki, sakit olum? Əgər arxada nəsə səhv olsa, onda boyun düşür aşağı, sakit olursan. Ona görə, şükür bu günümə”.

Bir cavab yazın