Rejissor Nail Naiboğlu vəfat edən həyat yoldaşı Gülərlə bağlı paylaşım edib.
Dərgi.az xəbər verir ki, o, mərhum xanımı ilə fotolarını paylaşaraq, bunları yazıb:
“Məni sənin qədər tanıyan, anlayan olmadı. Sən mənə həyat yoldaşı deyil, dost oldun. Sənin əziz xatirən ömür boyu qəlbimdə yaşayacaq, Gülüm!”.
Qeyd edək ki, rejissorun xanımı 2017-ci ildə vəfat edib. Onun bu evlilikdən iki övladı var. Bu gün Gülərin ad günüdür.
Nail ikinci dəfə ailə qurub.
Şərhlər