Dünyaca məşhur kamança və bağlama ustası Mark Eliyahu Bakıda konsert proqramı ilə çıxış edəcək.

Dərgi.az  xəbər verir ki, şərq və qərb musiqilərinin mükəmməl sintezini yaradan musiqiçi və bəstəkar Mark Eliyahu 29 oktyabr Heydər Əliyev Sarayında özəl bir performans təqdim edəcək.

Sənətçi konsertdən öncə sosial media hesabında Bakı haqqında xatirələrini bölüşüb. O, müəllimi, mərhum sənətkar Ədalət Vəzirovla  fotosunu paylaşaraq bu sözləri yazıb:

“Bakı necə də sehrlidir. Şəkildə mənim 17 yaşım var, müəllimim Ədalət Vəzirovla həm musiqi, həm də həyatı öyrənirəm.

25 ildən sonra musiqim və qrupumla Bakıda çıxışa hazırlaşıram. Həyat səyahəti sürprizlərlə doludur. Bakı – gələn həftə görüşərik”.

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 12:53 23.10.2025