Xalq artisti Miri Yusifin Bakıda keçirilən beş günlük konsert proqramında sənətçini ailəsi də tək qoymayıb.

Yaşıl Teatrda baş tutan konsertdə Miri Yusifin həyat yoldaşı Nərgiz və övladları tamaşaçılar arasında yer alaraq sənətçiyə dəstək olublar. Onlar konsert proqramını sonadək izləyiblər.

Ailənin konsertdən və səhnəarxasından lentə alınan görüntüləri sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Qeyd edək ki, bu gün Miri Yusifin Yaşıl Teatrda keçirilən beş günlük konsert proqramının sonuncu günüdür.

 

XƏBƏR NÖVÜ:

MANŞET, MEDİA,

Yenilənib: 15:47 06.07.2026