Novxanıda dənizkənarı istirahətə yeni ünvan əlavə olunub. Yunanıstanın məşhur Santorini adasının memarlıq üslubundan və ab-havasından ilhamlanan “Santorini” restoranı fəaliyyətə başlayıb.
Restoranın açılış mərasimi bayram əhval-ruhiyyəsində keçib. Tədbirdə tanınmış sənət adamları çıxış edib, canlı musiqi proqramı və rəngarəng şoular qonaqlara xoş anlar yaşadıb.
Dəniz sahilində yerləşən məkanın interyeri ağ və mavi rənglərin harmoniyası üzərində qurulub. Yunan memarlığını xatırladan dizayn, Xəzərin mənzərəsi və gün batımının yaratdığı gözəl görüntü restorana xüsusi cazibə verir. Burada həm ailəvi istirahət, həm dostlarla görüş, həm də özəl tədbirlər üçün rahat şərait yaradılıb.
Restoranın menyusunda Aralıq dənizi mətbəxinin seçilən nümunələri ilə yanaşı, Azərbaycan və Avropa mətbəxinin müxtəlif təamları təqdim olunur. Dəniz məhsulları, müxtəlif ət yeməkləri, salatlar, desertlər və xüsusi hazırlanmış içkilər qonaqların ixtiyarına verilir.
“Santorini” restoranı təkcə zəngin mətbəxi ilə deyil, həm də canlı musiqi proqramları, ailə tədbirləri, ad günü mərasimləri, korporativ görüşlər və digər özəl tədbirlərin təşkili üçün yaratdığı imkanlarla diqqət çəkir.
Xəzər sahilində fərqli atmosferdə istirahət etmək, dəniz mənzərəsi fonunda ləzzətli təamların dadını çıxarmaq istəyənlər üçün “Santorini” restoranı yeni və maraqlı seçimlərdən biri kimi fəaliyyətə başlayıb.
Şərhlər