HITMAKER Murad Arif yeni musiqi layihəsi – “Səni unuda bilmirəm” mahnısını və ona çəkilən klipi dinləyicilərin ixtiyarına verib.
Sözləri və musiqisi Murad Arifə məxsus olan bəstə artıq bütün rəqəmsal musiqi platformalarında, eləcə də sənətçinin rəsmi “YouTube” kanalında yayımlanıb.
Mahnının aranjimanı Tərlan Məmmədli tərəfindən hazırlanıb. Musiqi prodüseri Emin STKHA olan layihənin klipini isə rejissor Farhad Ali ekranlaşdırıb. Ekran işində mahnının emosional ovqatı müasir vizual həllərlə təqdim olunub.
Yeni layihəsi barədə danışan Murad Arif bildirib ki, “Səni unuda bilmirəm” dance-pop və deep house janrlarının uğurlu sintezidir:
“Bu mahnını dance-pop və deep house janrlarının dadlı miksi hesab edirəm. Həzin kədəri müasir saundla birləşdirən bu işin öz dinləyicisini tapacağına inanıram.
Bu nəğmədə, bəstəkar Elza Seyidcahanın, Gülağa Tənhanın sözlərinə yazdığı “TƏNHA” mahnısından sempl kimi istifadə etməklə müəlliflərə və əsərə rəğbətimi bəyan edirəm.
“SƏNİ UNUDA BİLMİRƏM” yaradıcılığımın önəmli parçalarından biri kimi, dinləyicilərin ixtiyarındadır”.
Şərhlər