Dünyaca məşhur futbolçu Cristiano Ronaldo lüks avtomobillərdən ibarət kolleksiyası ilə yenidən gündəmə gəlib.
Dərgi.az xəbər veir ki, futbolçunun qarajından görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Ronaldo-nun avtomobil kolleksiyasında Bugatti, Ferrari, McLaren, Rolls-Royce, Lamborghini və Mercedes kimi premium markaların müxtəlif modelləri yer alır.
Kolleksiyanın ən diqqətçəkən avtomobilləri arasında Bugatti Centodieci, Bugatti Chiron, Bugatti Veyron, McLaren Senna, Ferrari modelləri və Rolls-Royce avtomobilləri var. Xüsusilə Bugatti Centodieci-nin dəyərinin təxminən 9,9 milyon dollar olduğu bildirilir.
Ronaldo-nun avtomobil parkının ümumi dəyəri ilə bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, kolleksiyanın milyonlarla dollar dəyərində olduğu qeyd olunur.
Futbolçunun qarajından yayılan görüntülər isə onun meydandan kənardakı dəbdəbəli həyat tərzini bir daha nümayiş etdirib.



Şərhlər