Səhnədəki cəsarətli üslubu və fərqli performansları ilə daim diqqət mərkəzində olan müğənni Dilarə Kazımova Qafqazın ən böyük beynəlxalq musiqi festivallarından biri olan “DREAM Fest”də yenidən gündəmə damğasını vurub. Sənətçinin səhnə şousunda istifadə etdiyi 3 metrlik, 100 kiloqramlıq “Canavar taxtı” gecənin ən diqqətçəkən dekorasiyalarından birinə çevrilib.
Dərgi.az xəbər verir ki, super ulduzun möhtəşəm taxtı ilə bağlı maraqlı detallar üzə çıxıb. Belə ki, qeyri-adi səhnə dekorasiyasının ideyası məhz Dilarə Kazımovaya məxsus olub. Peşəkar “Termo Aqlay” (MFN) şirkəti tərəfindən xüsusi materiallardan hazırlanan nəhəng taxtın ərsəyə gəlməsi təxminən bir ay vaxt aparıb.
Dilarə Kazımova bu xüsusi dekorasiya üçün səhnə ilə tam vəhdət təşkil edən, səs-küy yaradacaq xoreoqrafik performans da hazırlayıb.
Müğənni “NERO” şou-baletinin müşayiəti ilə nümayiş etdirdiyi çıxışda həm səhnə obrazı, həm də “Canavar taxtı” ilə festivalın ən yaddaqalan anlarından birinə imza atıb.

Şərhlər