Müğənni NURAN aşıq sənətinə həvəsinin olduğunu bildirib.

Dərgi.az xəbər verir ki, sənətçi “Qonaqcanlı”ya Aşıq Ədalət Dəlidağlı ilə birgə çıxıb. NURAN deyib ki, sazda ifa etmək istəyir:

“Aşıq musiqisinə müraciət etmək mənim üçün şərəf olar. Ustadlar dəstək olsa, təbii ki, istəyərəm. İmkan olsa, sazı da öyrənmək istəyərdim”.

Aşıq Ədalət isə NURAN-a dəstək olacağını və onu özünə tələbə götürmək istədiyini bildirib.

 

XƏBƏR NÖVÜ:

MANŞET, ŞOU,

Yenilənib: 15:08 10.03.2026