Məşhur türk müğənni və aktyor Özcan Deniz Bakıya səfər edib.
Dərgi.az xəbər verir ki, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Özcan Deniz dördüncü dəfə Bakıda konsert proqramı ilə çıxış edib.
Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən sənətçi gecə boyunca həm köhnə, həm də yeni repertuarından mahnılar təqdim edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb.
Konsert zamanı sənətçi tamaşaçılarla səmimi ünsiyyət qurub, Bakıdakı sevgi və dəstəyə görə minnətdarlığını ifadə edib.
Bu gönderiyi Instagram’da gör
Şərhlər