Rusiyanın məşhur kinotənqidçisi Sergey Anaşkin, “Digər ərazilər. Etnik kino: periferik ənənələr, xəyali retrospektivlər adlı kitabında rejissor Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filminin təhlilinə məqalə həsr edib.

Dərgi.az  xəbər verir ki, kitabıb birinci bölümündə müxtəlif dövrlərə aid mətnlər daxil edilib, yakut məktəbinə xüsusi diqqət yetirilməklə Rusiya Federasiyasındakı etnik kino haqqında ümumi məlumat verilir. İkinci bölmə Monqolustan, Qazaxıstan, Azərbaycan və digər ölkələrdən nümunələrlə tamamlanan Banqladeş kinosuna diqqət yetirir.

Anaşkinin kitabının əsas mövzusu etnik kino və periferik ənənələrdir — yəni, mərkəzdən kənar yerlərin, regionların, etnik icmaların və mədəni identitələrinin film vasitəsilə özünü göstərməsidir. “Biləsuvar” da məhz belə bir regionu, ucqar bölgəni (“periferiya”) çəkir, oradakı gündəlik həyat, insan münasibətləri, mədəni və sosial problemlər — bütün bunlar vasitəsilə ümumi Azərbaycan kontekstinə dair mesajlar verir.

 

Ssenarisi və rejissorluğu Elvin Adıgözələ məxsus olan film Karakteres (Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) – prodakşnlarının birgə istehsalıdır.

Filmin prodüserləri Etienne de Ricaud, İntiqam Hacılı və İradə Bağirzadə, operatoru Oktay Namazovdur.

Filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov və başqaları çəkiliblər.

Yeri gəlmişkən, “Biləsuvar” filmi Asiyanın ən böyük film festivalı hesab olunan, hər il payızda Koreya Respublikasının Busan şəhərində keçirilən 25-ci Busan Beynəlxalq Film Festivalının rəsmi proqramında,  “New Currents” bölməsində iştirak edib.

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 16:28 22.09.2025