Müğənni Elnarə Xəlilova həyat yoldaşı, telejurnalist Rövşən Cahangirovla birgə yeni fotolarını  bölüşüb.

Dərgi.az xəbər verir ki, sənətçi sosial media hesabında yayımladığı görüntülərlə həftəsonunu dəniz kənarında keçirdiklərini nümayiş etdirib.

Paylaşıma sənətçi “Dünyanı sevgi xilas edəcək” sözlərini qeyd edib.

 

Onun bu sözləri izləyicilər tərəfindən müsbət qarşılanıb, paylaşıma çoxlu sayda bəyənmə və şərhlər gəlib.

İzləyicilər Elnarənin ailə dəyərlərinə verdiyi önəmi, təbii və səmimi görünüşlərini yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, Elnarə Xəlilova və Rövşən Cahangirov uzun illərdir ailəlidirlər. Onların bu evlilikdən dörd övladı var.

 

XƏBƏR NÖVÜ:

MANŞET, ŞOU,

Yenilənib: 11:38 14.07.2025