Xalq artisti Emin Ağalarov oğlanları Əli və Mikayılla paylaşım edib.

Dərgi.az xəbər verir ki, o oğulları ilə birlikdə xoş və səmimi anlarını əks etdirən video yayımlayıb.
Sənətçi həmin görüntüləri bəstəkar-müğənni Murad Arifin “Oğlum” mahnısı fonunda təqdim edib. Emin Ağalarovun paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Onlar sənətçiyə və ailəsinə xoş arzular diləyiblər, paylaşıma sevgi dolu rəylər yazıblar.

Qeyd edək ki, “Oğlum” mahnısının həm sözləri, həm də musiqisi Murad Arifə məxsusdur. Mahnı ata ilə övlad arasındakı xüsusi bağa həsr olunub və illərdir dinləyicilər tərəfindən sevilərək qarşılanır.

 

 

Bu gönderiyi Instagram’da gör

 

Emin Agalarov (@eminofficial)’in paylaştığı bir gönderi

 

XƏBƏR NÖVÜ:

MANŞET, ŞOU,

Yenilənib: 13:22 09.07.2025