Müğənni Əminə Şirin ilk dəfə teleaparıcı Zaur Kamalla yaşadığı qalmaqal barədə açıqlama verib.

Dərgi.az xəbər verir ki, sənətçi “Öz aramızda” verilişində qonaq olarkən həmin hadisəyə münasibət bildirib.

Əminə Şirinin sözlərinə görə, o, canlı yayımda baş verənləri gözlənilməz hesab edib:

“Zaur Kamaldan o cür davranışı gözləmirdim. Mənim üçün bu, tamamilə sürpriz oldu. O an çaşqınlıq yaşadım və bir müddət özümə gələ bilmədim. Mənim də əziyyətim, təcrübəm var bu sahədə. Mənə qarşı kobudluq etməməli idi. Özünü keçdim, övladına deməli idi ki, mənimlə elə davranmasın”.

Müğənni bildirib ki, baş verənlər tamaşaçıların gözü önündə cərəyan etdiyi üçün məsələ daha çox diqqət çəkib. O qeyd edib ki, sənətçi kimi hər zaman mədəniyyətə və qarşılıqlı hörmətə üstünlük verir:

“Mənim üçün əsas olan sənətim və tamaşaçı sevgisidir. Belə halların isə gündəmdə qalmaq üçün istifadə olunmasına tərəfdar deyiləm”.

Qeyd edək ki, Əminə Şirin və Zaur Kamal arasında canlı yayımda baş verən həmin məqam sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

XƏBƏR NÖVÜ:

MANŞET, QALMAQAL,

Yenilənib: 15:00 23.09.2025