Bakıda ənənəvi olaraq təşkil edilən V Uşaq Kitab Festivalı bu il də 3 gün ərzində kitabsevərləri bir araya gətirib.

Musavat.com xəbər verir ki, ildə yalnız bir dəfə keçirilən festival həm uşaqlar, həm də valideynlər üçün zəngin proqramı ilə yadda qalıb.

Festival çərçivəsində müxtəlif yaş qruplarına uyğun maraqlı və rəngarəng kitabların təqdimatı keçirilib, yeni nəşrlər oxuculara tanıdılıb. Sərgi boyunca ziyarətçilər nəşriyyatların stendləri ilə tanış olub, endirimli kitab satışlarından yararlanıblar.

Tədbirin ən çox maraq doğuran hissələrindən biri yazıçılarla görüşlər və imza günləri olub. Uşaqlar sevdikləri müəlliflərlə ünsiyyət qurmaq, kitabların yaranma prosesi barədə öyrənmək imkanı qazanıblar. Yazıçılar isə öz oxucuları ilə birbaşa dialoq quraraq yaradıcılıq təcrübələrini bölüşüblər.

Festival müddətində həmçinin əyləncəli və maarifləndirici tədbirlər, interaktiv oyunlar və ustad dərsləri təşkil olunub. Kiçik yaşlı iştirakçılar üçün hazırlanan proqramlar xüsusi maraqla qarşılanıb.

Bununla yanaşı, konsert proqramları da festivalın ab-havasına rəng qatıb. Musiqili çıxışlar tədbirə gələn ailələr tərəfindən böyük maraqla izlənilib.

İldə bir dəfə keçirilən V Uşaq Kitab Festivalı böyük maraqla başa çatıb.

 

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 15:59 18.05.2026