Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda 39 yaşlı Vasif Kərimovun həyat yoldaşını güllələyərək ya*ralamasının detalları məlum olub.
Dərgi.az Teleqraf-a istinadən xəbər verir ki, tərəflər arasındakı mü*naqişənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib.
Bildirilib ki, hadisə Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında yerləşən çoxmərtəbəli binanın qarajında baş verib.
Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında mü*bahisə yaranıb. İlkin məlumata əsasən, mübahisəyə səbəb V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.
Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi “Toyota Prado” markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında da*va dü*şüb.
V.Kərimov arvadına iki bı*çaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. Bu zaman V.Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən si*lahı götürüb, arvadının ardınca gedib və a*təş açıb. Gül*lə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.
Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.
Cütlüyün 3 övladı var. F.Kərimova işləmir, evdar qadındır. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar. V.Kərimov isə “Referans” klinikasının Mərdəkan filialının direktorudur.
Şərhlər