“Komedixana” layihəsi ilə tamaşaçıların sevgisini qazanan aktrisa və aparıcı Zarina Qurbanova istirahətindən yeni fotolar paylaşıb.
Musavat.com xəbər verir ki, aktrisa tətil günlərindən zövq alarkən çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında izləyicilərinin ixtiyarına verib. Paylaşımlar qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Səmimi görüntüləri ilə diqqət çəkən Zarinanın paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Aktrisanın təbii görünüşü və istirahət ab-havasını əks etdirən fotolar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Şərhlər