Xalq artisti Miri Yusif doğum gününü sevənləri ilə qeyd edib.
Dərgi.az xəbər verir ki, sənətçi özəl gününü fan klubunun üzvləri ilə keçirib.
Xalq artisti pərəstişkarları üçün sevilən mahnılarını səsləndirib, xatirə fotoları çəkdirib.
Müğənni çıxışları zamanı sevənləri ilə söhbət etməyi də unutmayıb:
“Bura gəlməmiş Yaşıl Teatrın rəhbərliyi ilə danışdım. İyul ayında ən azı 3 gün konsert vermək istəyirəm. İstəyim 5 gündür. Danışıqlara başlamışıq”.
Xalq artisti özünə rəqib olaraq yalnız özünü gördüyü də gizlətməyib:
“Miri Yusifin rəqibi elə Miri Yusifdir. Dünənki rəqibim bugünki Miri Yusif idisə, bugünki rəqibim sabahkı Miri Yusifdir”.
Qeyd edək ki, Xalq artisti doğum gününü bu gün isə Ümid Yeri Uşaq Sığınacağındakı kimsəsiz uşaqlarla keçirəcək.


Şərhlər