Xalq artisti Miri Yusifin Yaşıl Teatrda baş tutan beş günlük konsert marafonu qədər xanımı Nərgiz Mirbabayevanın da tərzi diqqət çəkib.

Dərgi.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Nərgiz Mirbabalova hər konsert günü seçdiyi fərqli obrazlarla sosial şəbəkələrdə maraq doğurub.

Sadə zərifliyi və klassik üslubu ilə seçilən Nərgiz Mirbabalova hər gün fərqli geyim kombinasiyası təqdim edib. Minimal aksessuarlar, zövqlə seçilmiş rənglər və eleqant görünüşü izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə istifadəçilər onun “zərif stilini”, “göz yormayan dəbli seçimlərini” və “təbii görünüşünü” xüsusi vurğulayıblar.

XƏBƏR NÖVÜ:

GÜNDƏM, MANŞET,

Yenilənib: 16:08 07.07.2026