“Azərbaycan tamaşaçısı yutuba girib, hansı mahnılara baxırsa, nəyi trendə salırsa, zövqümüz odur. Hansısa oğlan Ceyms Brounun mahnısında özünü görürsə, sən ona zorla “Gül baxçaları arasında qoşa gəzdik” oxuda bilməzsən. Bu peşəkar yanaşma deyil, adamın səsi bunun üçün deyil”.

Bu sözləri hitmaker Murad Arif Kulis.az-a açıqlamasında deyib. O “Səs Azərtbaycan” iştirakçılarının xarici musiqi ifa etdiyi üçün qınayanlara belə cavab verib:

“Anlayıram, Azərbaycan dilində musiqi dinləmək istəyirlər. O Zaman niyə “Səs Azərbaycan, doğma nəğmələr” müsabiqəsinə baxmırdınız? “Səs Azərbaycan, doğma nəğmələr”in qalibi Zülfi Əsədzadə Tofiq Quliyevi, Mirzə babayevi necə oxuyur. Hanı o uşaq? Biz hər şeydə qüsur axtarmağa çalışırıq. Biz heç nəyi bəyənmirik”.

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 13:34 23.04.2025