Əməkdar artist Dilarə Əliyeva Xalq artisti Rasim Balayevin vəfatından sonra təsirli çıxış edib.
Dərgi.az xəbər verir ki, bu barədə D. Əliyeva “Xəzər axşamı” verilişində danışıb. Sənətçi deyib ki, öz sənətkarlarımıza sahib çıxmalıyıq:

“Bəlkə də biz yatmışıq, bəlkə də nə baş verdiyini anlamırıq. Rasim müəllim bu dünyada dik duruşu, gözəl sənətkarlığı ilə nə boyda xəzinə vermişdisə, gedişiylə ondan da böyük mesaj verir. Yetər ki, eşitməyi bacaraq. Azərbaycan kinosuna olanına, olmuşuna, olacağına hər kəs sahib çıxmağı, özününkü bilməyi bacarmalıdır. Bura qədər kinomuzun böyük, müqəddəs nümunələri var. Başda Hacı İsmayılov olmaqla biz onları göz bəbəyi, milli sərvətimiz kimi qorumalıyıq. Xalq olaraq sənətkarlarımıza, kinomuza sahib çıxmağı bacarmalıyıq. Çünki heç vaxt üzünü görmədiyimiz tarixi şəxsiyyətləri aktyorlarımızın simasında sevmişik. Nəyin doğru, nəyin yanlış olduğunu kinolarımıza baxıb bildik. Əsl seviləsi, qədri bilinəsi, nazı çəkiləsi, hörmət ediləsi peşə aktyorluqdur. Çox xahiş edirəm, tamaşaçı kimi tələb edirəm ki, Azərbaycan kinosu onların bizə qoyub getdiyi uğuru təkrarlayana qədər çalışmalıyıq. O qəhrəmanlarımızı yaşatmalıyıq, yeni qəhrəmanlarımızı yetişdirməliyik. Bizə öz kinomuz, öz qəhrəmanlarımız, öz doğrularımız lazımdır”.

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 15:17 31.03.2026