Bir müddət əvvəl Harbiyedə verdiyi konsertlərdə çarpayı və stul xoreoqrafiyası ilə adından söz etdirən Hadisə indi də tamam başqa bir mövzu ilə gündəmə gəlib.
Dərgi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni “Fırtınam” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Klip qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb. Hadisənin fotoşopsuz və filtrsiz kamera qarşısına keçdiyi videoda üz ifadəsi, cizgiləri, göz ətrafındakı qırışlar və ağır makiyaj izləyicilərin diqqətini çəkib. Bəzi sosial şəbəkə istifadəçiləri Hadisənin videosuna “O, heç makiyaj etməyib”, “Üzindəki qırışlar çox görünür”, “Bu videoda onun qocaldığını hiss etdim” kimi şərhlər yazıblar.
Şərhlər