Xalq artisti Tünzalə Ağayeva doğum günü öncəsi sevənləri üçün yeni fotosessiya təqdim edib.
Dərgi.az xəbər verir ki, pop ulduz doğum günü ərəfəsində fotoqraf Anfisa Bessonovanın obyektivinin qarşısına keçib. Yaşıllara bürünən Xalq artisti gözəlliyi, füsunkarlığı ilə gözoxşayıb. Geyim yerli markamız olan “Uventa”ya məxsusdur.
Sənətçinin saç düzümü stilist Aygün Məmmədovaya, makiyajı isə stilist Sabir Bağırova aiddir.
Şəxsi “İnstagram” hesabında yeni görüntülərini paylaşan ulduz fotolarını belə şərh edib: “Uğurlu qadın – sən öz əfsanəni, öz uğurlu hekayəsini yazan qadınsan”.
Şərhlər