Müğənni Sıla növbəti dəfə Bakıya səfər edib.

Dərgi.az  xəbər verir ki, tanınmış sənətçi Bakı Konqres Mərkəzində keçirilən konsert proqramı ilə paytaxt tamaşaçılarının qarşısına çıxıb. Zala toplaşan pərəstişkarlar Sılanı alqışlarla qarşılayıb və konsert boyu ona böyük sevgi nümayiş etdiriblər.

Pop ulduz ifası ilə yanaşı, səhnə obrazı ilə də diqqət mərkəzində olub. Zövqlə seçilmiş səhnə geyimi, müasir dizayn və parlaq detallarla yadda qalıb. Konsertin vizual tərtibatı, işıq effektləri və səhnə quruluşu gecəyə xüsusi ab-hava qatıb.

Sıla repertuarında sevilən hitləri və yeni ifaları yer alıb, tamaşaçılar isə mahnılara birgə qoşularaq konserti əsl musiqi bayramına çeviriblər.

XƏBƏR NÖVÜ:

ŞOU,

Yenilənib: 13:45 19.01.2026