“Azərbaycan ərazisində yayımlanan bütün KABEL TV-lərə səslənirəm! Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın!”
Dərgi.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə bəstəkar-müğənni Murad Arif yazıb.
O, Rusiya kanallarının Azərbaycanda boykot olunmasına çağırış edib:
“Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb!
Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”.
Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərovdur.
Şərhlər