Tanınmış aktrisa Zarina Qurbanova növbəti uğurunu izləyiciləri ilə bölüşüb.

Dərgi.az xəbər verir ki, sənətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura pilləsi üzrə “Kino rejissorluğu” ixtisasında təhsilini uğurla başa vurub. Zarina Qurbanova bu münasibətlə sosial şəbəkə hesabında məzuniyyət mərasimindən görüntülər paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Zarina Qurbanova “Komedixana” layihəsində canlandırdığı rəngarəng obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Aktrisa 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində bakalavr təhsili alıb. Daha sonra, 2020-ci ildə Türkiyədə magistratura təhsilinə qəbul olsa da, müəyyən səbəblərdən təhsilini yarımçıq qoyub. İ

XƏBƏR NÖVÜ:

MANŞET, ŞOU,

Yenilənib: 15:43 23.06.2026