Rusiyalı müğənni Anna Sedokova Mayamidə 21 yaşlı qızı Alina ilə birlikdə istirahət edir. Model Aleksey Kafelnikova isə Sinqapurda çimərlikdə biki ilə şəkil çəkdirib.

Dergi.az xəbər verir ki, “Telegram”un qurucusu Pavel Durovun keçmiş sevgilisi Yuliya Vavilova Balidə, Karina Nigay isə Bodrumda çimərlikdə poza verib. “Vintaj” qrupunun solisti Anna Pletnyova biki ilə görüntüsünü paylaşsa da, harada istirahət etdiyini açıqlamayıb.

“YuliaWave” geyim markasının qurucusu Yuliya Vasilevskaya Dubayda, model Yelena Kuletskaya isə ailəsi ilə birlikdə Bodrumda dincəlir. Həmçinin, “Xolostyak” layihəsinin ulduzu Mariya Lobanova İbizada sarı biki ilə görünüşünü paylaşıb.

Moda influenseri Mariya Çervotkina isə Cənubi Afrikada həyat yoldaşı, biznesmen Roman Çiçkanov ilə bir neçə gün keçirib.