Yazıçı Kəramət Böyükçöl ailə münasibətləri və səmimiyyətlə bağlı mübahisəli fikirlər səsləndirib.

Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” verilişində ailəni qorumaq üçün bəzən həqiqətləri gizlətməyin vacib olduğunu iddia edib.

“Səmimi olsan, ailəni qoruya bilməzsən. Ailəni qoruyan yalandır. Necə gedib həyat yoldaşına deyəsən ki, əzizim, səni ilk gündəki kimi sevmirəm, indi yük kimi düşmüsən üstümə? İnsanlar arasında münasibətləri tarazlıqda saxlayan qeyri-səmimiyyətdir. Harada mehribanlıq varsa, orada daha çox yalan var”, – deyə yazıçı bildirib.

Kəramət Böyükçöl xəyanət mövzusuna da toxunaraq maraqlı fikirlər səsləndirib.

“Xəyanət etmək asandır, çətin olan onu gizli saxlamaqdır”, – deyə o əlavə edib.

Dergi.az